Ağdamda elektrik şəbəkəsi yenidən qurulur | VİDEO

Ağdamda elektrik şəbəkəsi yenidən qurulur |    VİDEO
  22 Noyabr 2025    Oxunub:606
Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, Ağdamın bir sıra kənd və qəsəbəsində elektrik şəbəkəsi yenilənir, həmçinin şəhər ərazisində yeni güc mərkəzləri yaradılıb.
"Azərişıq" ASC-dən AzVision.az -a verilən məlumata görə, rayonun Xıdırlı, Sarıcalı və Kəngərli kəndlərinə köç edən sakinlər üçün 0.4 kV-luq yeraltı xətlər, 35 kV-luq Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN-3) çəkilib, üç kənddə ümumilikdə 30 müasir tipli Transformator Məntəqəsi (TM) quraşdırılıb. Yaşayış məntəqələri SMS tipli müasir sayğaclarla təchiz olunub.

Baş Qərvənd, Güllücə, Suma, Nəmirli kəndlərinə qədər 35 kV-luq kabel hava xəttinin çəkilişi yekunlaşıb, Paylayıcı Qurğular (PQ) quraşdırılıb. Növbəti günlərdə Eyvazxanbəyli istiqamətində işlərə start veriləcək.

AzVision.az


Teqlər: Azərişıq   Ağdam  



Xəbər lenti